...

İSMAYILLIDA DEPUTATLIĞA NAMİZƏDLƏRİN BİRGƏ GÖRÜŞÜ KEÇİRİLİB

Siyasət Materials 16 Sentyabr 2005 18:12 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının təşkilatçılığı ilə İsmayıllı rayonunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, görüşdə İsmayıllı rayonundan deputatlığa namizədliyini irəli sürmüş 20 namizəddən 18-i, o cümlədən onların nümayəndələri və vəkilləri iştirak ediblər.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının regional mərkəzin sədri L.Əliyeva mərkəzin seçkilərlə bağlı gördüyü işlər barədə məlumat verərək, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən və namizədlərin bir-biri il sivil qaydada əməkdaşlıq etmələrinin vacibliyindən danışıb.

Tədbirdə çıxış edən namizədlərin hər biri öz platformaları, gördükləri və görəcəkləri işlərlə bağlı tədbir iştirakçılarına məlumat veriblər. Secilərin ona etimad göstərəcəkləri halda rayonun və onun əhalinin marağına xidmət edən fikir və arzularını həyata keçirmək üçün var qüvvəsi ilə çalışacağına söz veriblər.

Deputatlığa namizəd Rasim Şərifli öz çıxışında bildirib ki, 1992-ci ildən bu yana namizədlərin bu səviyyədə görüşü keçirilməyib: "Bu görüşdən sonra əmin oldum ki, namizədlər də, onların nümayəndələri də səmimi münasibətlər quraraq seçkilərin demokratik şəraitdə keçirilməsinə çalışacaqlar və İsmayıllı sakinləri layiqli namizədinə səs verəcəklər".

Bundan başqa görüşdə namizədlərdən Tapdıq Kərimov, Adil Nadirov, Musa Yaqub, Şükür Məmmədli, Mehman Cavadoğlu və Mirdamət Sadıqov da çıxış edərək öz fikir və təkliflərini bildiriblər.

Bununla bərabər tədbirin işində xarici müşahidəçilər də- almaniyalı Aleksandra Press və makedoniyalı Qoran Velkovski iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti