...

AZƏRBAYCAN DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ YARADILIB

Siyasət Materials 16 Sentyabr 2005 20:01 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 16-da dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Trend in məlumatına əsasən, sərəncamda qeyd olunur ki, dövlət komitəsinin yaradılması haqqında qərar dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, onun effektivliyinin artırılması, dövlət obyektlərinin özəlləşdirilməsi zamanı şəffaflığın təmin edilməsi, həmin sahəyə investisiya axınının artırılması, eləcə də özəlləşdirilən müəssisələrdə investisiya vəsaitlərinin cəlb edilməsi üzərində nəzarət mexanizminin yaradılması məqsədilə qəbul edilib.

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi AR iqtisadi inkişaf Nazirliyinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi Departamenti əsasında yaradılıb.

Sərəncama əsasən, AR Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay ərzində dövlət komitəsinin əsasnamə layihəsini, strukturunu və say tərkibi, eləcə də hüquqi aktların həmin sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlasın.

Azərbaycan dövlət başçısının digər sərəncamı ilə Kərəm Həsənov dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsinin sədri təyin edilib.

Xəbər lenti

Xəbər lenti