...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKUNUN MSK QARŞISINDA PLANLAŞDIRDIĞI AKSİYA BAŞ TUTMAYIB

Siyasət Materials 16 Sentyabr 2005 20:37 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki blokunun üzvlərinin sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirmək istədikləri səssiz aksiya polislər tərəfindən dağıdılıb" Bu barədə Trend bildirib ki, aksiya saat 17.00-da nəzərdə tutulmuşdu.

Aksiyanı keçirməkdə məqsəd AQ seçki blokunun təsisçilərindən olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nurinin 28 saylı üçüncü Sabunçu seçki dairəsindən namizədliyinin MSK tərəfindən ləğ olunması ilə bağlı olub.

Polislərin aksiyaya qatılan bir neçə qadıının əllərindəki şüarları müsadirə etmələri tərəflər arasında qızğın mübahisəyə səbəb olub. Nəticədə poislər aksiya iştirakçılarını MSK qarşısından uzaqlaşdırıblar. Aksiyaya rəhbərlik edən AQ seçki blokunun seçki qərargahının rəhbəri Rövşən Əhmədli isə polis bölməsinə aparılıb.

Qətnaməni belə MSK-ya təqdim edə bilməyən aksiyaçılar saat 17.10-da MSK-nın qarşısından bir qədər uzaqlaşdırılaraq kənarda dayanıb onları gözləyən AİP sədri H.Nuri və Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti