...

AXCP SƏDRİ NORVEÇ DİPLOMATI İLƏ GÖRÜŞÜB

Siyasət Materials 16 Sentyabr 2005 20:44 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli sentyabrın 16-da Norveçin Azərbaycanda müvəqqəti işlər vəkili xanım qorill Yohansenlə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Görüşdə sentyabrın 15-də AXCP-nin yerləşdiyi binada "Yeni fikir" Gənclər Birliyinin otağından tapılmış partlayığı qurğularla bağlı yaranmışt durum əsas müzakirə mövzusu olub.

Əli Kərimli son zamanlar AXCP-yə və "Yeni fikir" Gəncələr Birliyə qarşı edilən təzyiqlər, bu qurumların ətrafında baş verən hadisələr barədə Norveç diplomatına məlumat verib. Sonra tərəflər ümumilikdə seçki prosesini, seçkiqabağı kampaniyanı birgə müzakirə ediblər.

AXCP sədri həmtəsisçisi olduğu "Azadlıq" blokunun seçki kampaniyasında rastlaşdığı problemlər barədə qonağı məlumatlandırıb, blokun sentyabrın 25-nə təyin etdiyi aksiyası haqqında qonağa məlumat verib. Öz növbəsində Q.Yohansen Azərbaycanda seçkiqabağı duruma, müxalifət partiyaları ətrafında baş verən hadisələri diqqətlə izlədiklərini deyib.

Xəbər lenti

Xəbər lenti