...

AZƏRBAYCAN HÖKUMƏTİ VALYUTA BÖHRANININ ARADAN QALDIRILMASI ÜÇÜN TƏCİLİ TƏDBİRLƏR GÖRÜR

Siyasət Materials 19 Sentyabr 2005 12:47 (UTC +04:00)
AZƏRBAYCAN HÖKUMƏTİ VALYUTA BÖHRANININ ARADAN QALDIRILMASI ÜÇÜN TƏCİLİ TƏDBİRLƏR GÖRÜR

Dünən axşamdan xeyli keçmiş Azərbaycan hökumətinin sentyabrın 17-də baş qaldırmış valyuta böhranın (manatın ABŞ dollarına nisbətən məzənnəsinin qanundan kənar şəkildə aşağı düşməsinin) qarşısını almaq üçün təcili iclas keçirilib. İclasda bank rəhbərləri də iştirak edib.

Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, iclasda yekun olaraq valyuta məntəqələrinə 16 milyard manat nəqd pul ayrılması barədə qərar qəbul olunub. Bir sıra bankların isə lisenziyaları ya ləğv edilib ya da məhdudlaşdırılıb.

"Böhran (rəsmi mübadilə kursu 4577 manat olduğu halda bir ABŞ dollarının 3800 manata qədər enməsi) bankların səhlənkarlığı üzündən baş verib.

Belə ki, onlar sentyabrın 16-da Azərbaycan Milli Bankından mübadilə məntəqələrini fəaliyyətini təmin etmək üçün milli valyuta əldə etməyiblər.

Milli valyutanı alan banklar isə mübadilə məntəqələrinin valyutanı müstəqil almalı və satmalı olmaları ilə əsaslandıraraq həmin pulları bu məntəqələrə paylamayıblar.

Görülən tədbirlər nəticəsində manatın dollara məzənnəsini 4540 manata qədər artırmaq mümkün olub", - deyə Nazirlər Kabinetindən bildiriblər.

Hökumət və Milli Bank dolların manata mübadiləsi kursunun spekulyativ qaydada aşağı salınmasını ciddi şəkildə izləyəcək.

Milli Bankdan Trend ə verilən mülumata görə, sentyabrın 19-da manatın dollara nisbətdə rəsmi kursunun 4579 manat olduğu elan edilib.

Qeyd etmək lazımdır ki, böhran naqd milli valyutanın ümumi defisiti fonunda baş verib. Milli Bank yalnız oktyabrın 15-də 250 milyard manat həcmində nəqd pulun yeni partiyasının daxil olacağını gözləyir.

Xəbər lenti

Xəbər lenti