...

ÜÇ AYLIQ İLKİN HƏBS CƏZASINA MƏHKUM OLUNMUŞ MƏHBUS ACLIQ ELAN EDİB

Siyasət Materials 19 Sentyabr 2005 13:13 (UTC +04:00)

(Praym-Nyus) - Ötən cümə günü Qardabani rayonunun Vaxtangisi kəndində polis əməkdaşlarına müqavimət göstərdiyinə görə saclanılan Telman Həsənov ehtiyat tədbiri kimi ilkin olaraq 3 aylıq həbs cəzasına məhkum edilib.

Trend agentliyinin məlumatına görə, belə bir qərarı Qardabani rayonunun məhkəməsi çıxarıb. Məhkəmənin qərarından sonra Telman Həsənov aclıq elan edib.

Etiraz aksiyasının təşkilatçısı ötən cümə günü Qardabani rayonunun Vaxtangisi kəndində Kvemo Kartli regionunun polis əməkdaşları tərəfindən saxlanılıb.

Vaxtangisi kəndinin milliyyətcə azərbaycanlı olan vətəndaşları aksiya keçirərək yolları bağlayıblar.

Telman Həsənovun rəhbərlik etdiyi aksiyanın iştirakçıları hökuməti milli azlıqların hüquqların pozmaqda ittiham ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarından yolun açılmasını tələb etsələr də, onlar buna etiraz ediblər. Bu zaman Telman Həsənov polis əməkdaşlarına müqavimət göstərdiyinə görə həbs edilib.

Xəbər lenti

Xəbər lenti