Sentyabrın 27-də Kişinyovda GUAM Parlament Assambleyasının üç daimi komitəsinin birgə iclası keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə daimi komissiyasının sədr müavini, GUAM Parlament Assambleyasının Ticarət və İqtisadiyyat komitəsinin sədri Elton Məmmədov bildirib.
Bu iclaslarda GUAM-a üzv-dövlətlərin iqtisadiyyatının inkişafında assambleyanın rolu və perspektiv planları müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyətinə E.Məmmədov rəhbərlik edəcək.