...

"KLASSİKLƏR" AXCP-Sİ SEÇKİDƏ 115 NAMİZƏDƏ DƏSTƏK VERƏCƏK

Siyasət Materials 19 Sentyabr 2005 14:58 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klassiklər" qanadının parlament seçkisində irəli sürdüyü və dəstəklədiyi namizədlərin siyahısı bu həftə ictimaiyyətə təqdim olunacaq. Bu barədə Trend ə "klassiklər" AXCP-sinin sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

O, bildirib ki, bu həftə ərzində mətbuat konfransı keçiriləcək, partiyanın özünün irəli sürdüyü və dəstək verdiyi namizədlərin adları
açıqlanacaq. Mirmahmud Mirləlioğlunun sözlərinə görə, onun partiyası parlament seçkisində 115 nəfər namizədə dəstək verəcək.

M.Mirəlioğlu əlavə edib ki, AXCP-nin (klassiklər) dəstəklədiyi namizədlər arasında müxalifət liderləri də var. partiyanın siyahısında yer alan namizədlərin az bir hissəsi bu partiyanın üzvləridir.

Qalanları isə ictimaiyyətdə tanınan, nüfuzlu şəxslərdir. Mirmahmud Mirəlioğlunun sözlərinə görə, onlar parlamentdə təmsil olunmağa layiq şəxslərə dəksək verərkən onların siyasi mövqelərini, partiya mənsubiyyətləri ön plana çəkməyiblər.

Xəbər lenti

Xəbər lenti