...

"AZƏRBAYCANÇI QÜVVƏLƏR" SEÇKİ BLOKU "QƏLƏBƏ"DƏ ETİRAZ MİTİNQİ KEÇİRƏCƏK

Siyasət Materials 19 Sentyabr 2005 15:18 (UTC +04:00)

İslam Partiyasının sədri Hacıağa Nurinin namizədliyinin ləğv edilməsinə etiraz olaraq piketlər və mitinq keçiriləcək. Bu barədə Trend ə "Azərbaycançı Qüvvələr" Seçki Blokunun həmtəsisçisi, Vəhdət Partiyasının sədri Tahir Kərimli məlumat verib.

O bildirib ki, məhkəmə yolu ilə H.Nurinin namizədliyi bərpa olunmasa, oktyabrın 1-də "Qələbə" meydanında mitinq keçirəcəklər. Həmçinin, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında növbəti dəfə etiraz piketləri keçiriləcək.

Tahir Kərimli onu da qeyd edib ki, "Azərbaycançı Qüvvələr" Seçki Blokunun qeydə alınmış namizədlərinin namizədlikləri bir-birinin ardınca ləğv olunur. Onun sözlərinə görə, bu proses nəticəsində blokun 42 namizədindən hazırda təxminən 37-38 nəfər namizədi qalıb.

Xəbər lenti

Xəbər lenti