...

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ SƏDRİ ƏLİ ƏLİYEV MÜXALİFƏTİN BURAXDIĞI SƏHVLƏRDƏN DANIŞIB

Siyasət Materials 19 Sentyabr 2005 16:12 (UTC +04:00)

"Müxalifət düşərgəsində bir-birinə qarşı çirkin kampaniyalar mövcuddur". Trend mədumatına görə, bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev vurğulayıb.

Ə.Əliyev sevindirici bir ana da toxunub: "Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə müxalifət çərçivəsində bir-birimizə apardığımız əks təbliğat zəifdir. Ancaq bunu minimuma endirmək vacibdir. Bunun üçün də birlik nümayiş etdirməyimiz zəruridir".

Partiya sədri onu da bildirib ki, müxalifət ölkə üzrə müqaviməti təşkil etmək əvəzinə təəssüf olsun ki, aparıcı adamlarını ancaq paytaxtda cəmləşdirib. Bununla da onların bir-birinə rəqabətini təşkil edib: "Onların ölkə üzrə namizədliklərinin irəli sürülməsi təşkil oluna bilməyib. Yalnız Bakı və onun ətrafında 40 dairədən təmsil olunmuşuq".

Ə.Əliyev yalnız bu dairələrdə müxalifətin uğur əldə edə biləcəyinə toxunub. Bunu da hakimiyyət uğrunda mübarizə yox, parlamentdə fraksiyanın əldə olunmasına gətirib çıxara biləcəyini deyib: "Fikrimcə, bu müxalifətin buraxdığı strateji səhvlərdən biridir".

Partiya sədri buraxılan səhvlərə baxmayaraq hələ məğlub olmadıqlarını da qeyd edib. Bildirib ki, bu səhvləri düzəltmək üçün yetərincə vaxt qalıb.

Xəbər lenti

Xəbər lenti