...

MÜXALİFƏT PARTİYALARI SEÇKİLƏRƏ VAHİD NAMİZƏDLƏ QATILMAQ MƏSƏLƏSİNDƏ BİR ARAYA GƏLƏ BİLİBLƏR

Siyasət Materials 19 Sentyabr 2005 17:36 (UTC +04:00)

"Vəhdət, Azad Azərbaycan, Yeni Turan, Milli Demokrat, Milli İstiqlal, Xalq Cəbhəsinin "klassiklər" qanadı və Fədailər partiyaları müxalifətin vahid namizədi məsələsində birgə razılıq əldə ediblər". Trend məlumat verir ki, bu məsələ Milli Demokrat Partiyasının təşəbbüsü ilə sentyabrın 19-da "Siyasi partiyaların, siyasi blokların, müstəqil namizədlərin seçki saxtakarlığına qarşı birgə mübarizənin təşkili" məqsədilə keçirilən dəyirmi masada müzakirə olunub.

Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov bildirib ki, dəyirmi masanı keçirməkdə məqsəd müxalifətin seçkiyə 20-25 gün qalmış vahid namizəd məsələsini müzakirə etməkdir: "Biz seçkilərdə vahid namizədlə çıxış etməyin tərəfdarıyıq. Bir dairədən beş müxalifət namizədini dəstəkləməkdənsə, gücümüzü onlarından birinə yönəltməliyik".

Dəyirmi masada çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev vahid namizəd məsələsində partiyalar arasında razılığa gəlməyin yollara barədə məruzə edərək bildirib ki, artıq vaxt yetişib: "Biz komissiyaları daxili fəaliyyətimizi də nəzərdən keçirməliyik".

Azərbaycan Xalq Cəbhəsinin "klassiklər" qanadının rəhbəri Mirmahmud Mirəlioğlu isə qeyd edib ki, əvvəlcə əsl müxalifəti üzə çıxarmalıyıq: "Diaqonuz düz müəyyənləşdirməliyik. Biz çoxdan vahid milli güc mərkəzi yaratmaq fikrindəyik. Ancaq bu bəzi səbəblər üzündən baş tutmur".

Müxalifət düşərgəsində yaşanan bu reallıqları nəzərə alan M.Mirəlioğlu bu dəfə də yanılışlığa yol verməməyi məsləhət görüb: "Ancaq güman edirəm ki, öu ayın sonunda sözügedən məsələni həyata keçirmək üçün hamımız birgə addım atacağıq".

Digər çıxış edən partiya sədrəlri müxalifətin vahid namizədlə seçkilərə qatılmasının tərəfdarı olduqlarını bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti