...

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ BİR SIRA HƏRBİ KURSLARDA İŞTİRAK EDƏCƏK

Siyasət Materials 20 Sentyabr 2005 11:58 (UTC +04:00)

Sentyabrın 20-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra hərbi kurslarda iştirak edəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, NATO ilə Azərbaycan Respublikası arasnıda imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 22-dək Belçika Krallığının Mons şəhərində "Cooperative Marlin-06" təliminin ilkin planlaşdırma konfransı öz işinə başlayır. Qırğızıstan Respublikasının Bişkek şəhərində isə "Fövqəladə hallar zamanı hərbi-mülki hazırlıq məsələləri və coğrafi məlumat sistemləri" üzrə təlimlər başlayıb. Təlim kursları sentyabrın 23-dək davam edəcək.

Sentyabrın 23-dən dekabrın 16-dək Almaniya Federativ Respublikasının Qarmiş-Partenkirxen şəhərində "Avropa Təhlükəsizlik Elmləri" çərçivəsində kurs keçiriləcək.

Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, İspaniya Respublikasının Nyu Port şəhərində "Hərbi Dəniz Qüvvələrinə malik dövlətlər üçün beynəlxalq simpozium" başlanıb. Tədbir sentyabrın 23-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti