...

MÜDAFİƏ NAZİRİ ALMANİYAYA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞÜB

Siyasət Materials 20 Sentyabr 2005 12:32 (UTC +04:00)

Sentyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polknovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Avropa Silahlı Qüvvələri Komandanlığının dəvəti ilə Almaniya Federativ Respublikasının Ştutqart şəhərinə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Ramiz Məlikovun Trend ə bildirdiyi kimi, səfərin məqsədi hərbi əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsidir.

Səfər sentyabrın 23-dək davam edəcək və onun nəticələri barədə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti