...

AZƏRBAYCAN PREZİDENTİ BOLQARISTANA RƏSMİ SƏFƏRƏ GEDƏCƏK

Siyasət Materials 20 Sentyabr 2005 17:19 (UTC +04:00)

Sentyabrın 23-24-də Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedəcək. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Səfər Bolqarıstan prezidenti Georgi Pırvanovun dəvəti ilə həyata keçirilir. Qeyd edək ki, Bolqarıstan dövlətinin başçısı 2004-cü ildə Azərbaycana rəsmi səfər etmişdi.

Bu dəfəki səfər zamanı Azərbaycan prezidenti iki dövlət arasında ikitərəfli əlaqələrin inkişafı üzrə dialoqu davam etdirmək niyyətindədir. Səfər proqramına Azərbaycanın dövlət başçısının prezident G.Pırvanovla təkbətək görüşü, eləcə də baş nazir Sergey Stanişevlə, parlamentin spikeri Georgi Pirinski ilə görüşləri daxildir. İ.Əliyev və G Q.Pırvanov Azərbaycan və Bolqarıstanın işgüzar şəxslərinin iştirak etdiyi biznes-forumda da iştirak edəcək.

İki ölkənin ekspertləri səfər zamanı imzalanacaq ikitərəfli razılaşmaların layihələrinin detallarını razılaşdırıblar. Yaxın günlərdə Azərbaycan hökumətinin nümayəndə heyəti səfərin gündəliyini və proqramını hazırlamaq üçün Sofiyaya işçi səfərini başa vurub.

Hazırda razılaşdırılan sənədlər arasında dövlət telekanallarının əməkdaşlığı barədə hökumətlərarası və idarələrarası razılaşma, baytarlıq xidmətləri, turizm, idman, ikiqat vergiqoymadan yayınma və fitosanitariya və digər sahələrdə razılaşmalar da var.

Dövlət başçıları səviyyəsində iki ölkənin Avropa Birliyinə birləşməklə bağlı əməkdaşlıq barədə memorandum imzhalayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti