...

BAKI DÖVLƏT UNİVERSİTETİNİN KEÇMİŞ KAFEDRA MÜDİRİNİN MƏHKƏMƏSİ BAŞLANACAQ

Siyasət Materials 20 Sentyabr 2005 17:45 (UTC +04:00)

Sentyabrın 21-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə (ACDİÜM) hakim Tofiq Paşayevin sədrliyi ilə Bakı Dövlət Universitetinin keçmiş kafedra müdiri Məhəmməd Babanlının cinayət işi üzrə məhkəmə araşdırması başlanacaq. Bu barədə Trend ə ACDİÜM-dən məlumat verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı müəyyən edilib ki, Məhəmməd Babanlı Bakı Dövlət Universitetəndə (BDU) kimya fakültəsinin ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləyərkən bir neçə nəfəri xarici ölkələrdəki özəl ali təhsil müəssisələrinə qəbul etdirəcəyinə vəd verib.

Bu yolla həmin şəxslərdən külli miqdarda pul alsa da vədinə əməl etməyib. Kafedra müdirinin hərəkətlərindən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə və Baş Prokurorluğa şikayətlər daxil olandan sonra hər iki qurum birgə əməliyyat tədbiri həyata keçirib. Nəticədə iyul ayının 1-də M.Babanlı xidməti otağında həbsə alınıb.

Xəbər lenti

Xəbər lenti