...

İNZİBATİ İCRAAT HAQQINDA QANUN LAYİHƏSİ HAZIRLANIR

Siyasət Materials 20 Sentyabr 2005 18:14 (UTC +04:00)

"Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) həyata keçirdiyi "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsi çərçivəsində ölkəmizdə inzibati hüquq sahəsində aparılan islahatlara texniki yardımını davam etdirir" Trend bildirir ki, bu islahatlardan məqsəd inzibati icraatın şəffaflığını təmin etməkdir.

Layihə çərçivəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin sədrliyi ilə yaradılmış xüsusi işçii qrup "İnzibati icraat haqqında" qanun layihəsini hazırlayaraq parlamentin müzakirəsinə təqdim etməlidir.

Qrupun hazırladığı ikinci sənəd - İnzibati Prosessual Məcəllənin ilkin variantını müzakirə etmək üçün GTZ-nin ekspertləri - Almaniyanın Baden-Iertemberq Iilayəti Ədliyyə Nazirliyinin Şöbə müdiri Iolker Ellenberqer, təşkilatın baş ofisinin Mərkəzi Asiya üzrə layihə meneceri Yens Deppe və Avropa Şurasının İsveçrədən olan eksperti Filip Qerber sentyabrın 12-dən 18-dək Bakıda səfərdə olublar. Qrup ilin sonunadək layihəni bir daha müzakirə etdikdən sonra Milli Məclisə təqdim edəcəkdir.

Səfər çərçivəsində I.Ellenberqer və Y.Deppe Ali Məhkəmədə "Almaniyanın inzibati hüquq sisteminin prinsipləri" və "Almaniyada inzibati məhkəmə sistemi" mövzularında mühazirə oxumuşlar.

Xəbər lenti

Xəbər lenti