...

11, 13 VƏ 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏK

Siyasət Materials 20 Sentyabr 2005 18:17 (UTC +04:00)

Sentyabrın 22-də Avropa Şurası İşgənxələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 11, 13 və 14 saylı Cəzaçəkmə Müəssisələrində monitorinq aparacaq. Bu barədə Trend ə Elçin Behbudov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, adıçəkilən cəzaçəkmə müəssisələrində yoxlamalar aparılmasına zərurət Komitəyə daxil olmuş dustaq şikayətlərindən yaranıb. "Əsasən dustaqların saxlanma vəziyyəti, yeməkxanadakı şərait, yeməklərin keyfiyyəti ilə maraqlanacağıq" - deyə E.Behbudov bildirib.

Hüquq müdafiəçisi onu da qeyd edib ki, adıçəkilən cəzaçəkmə müəssisələrində yoxlamalar başa çatandan sonra bölgələrdəki polis şöbələrində monitorinqlər keçirmək üçün bir neçə rayona yola düşəcək.

Xəbər lenti

Xəbər lenti