...

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ ƏLİ BAYRAMLIDA ƏMƏK YARMARKASI KEÇİRİB

Siyasət Materials 20 Sentyabr 2005 19:32 (UTC +04:00)

Sentyabrın 20-də əmək və əhalinin sosial müdafiəsi nazirliyi Əli Bayramlıda əmək yarmarkası keçirib.Nazirliyin Baş Məşğulluq İdarəsində Trend ə bildirilib ki, son dəfə anoloji tədbir sentyabrın 19-da Xızıda keçirilib.

İdarədə həm də qeyd olunub ki, yarmarkanın yekununda təxminən 220 nəfər, o cümlədən 105 nəfər özəl müəssisələrdə işlə təmin edilib, 40 nəfər isə hazırlıq kurslarına cəlb edilib.

Bütünlükdə rayonda keçirilən yarmarkalar nəticəsində 35 müəssisə tərəfindən 300 iş yeri təqdim olunub və tədbirdə 600 nəfər iştirak edib.

Qeyd etmək lazımdır ki, avqustda idarə tərəfindən Balakən, Ucar, Astara, Gədəbəy, Sabirabad, Kürdəmir, Ağsu, Saatlı, Qəbələ, Samux, Zərdab və Dəvəçi kimi rayonların icra hakimiyyətləri ilə birgə anoloji tədbirlər keçirilib.

Xəbər lenti

Xəbər lenti