...

PYOTR BURDIKİN: RUSİYANIN AZƏRBAYCANDA YENİ SƏFİRİNİN TƏYİN OLUNMASI PROBLEMİ HƏLL OLUNMAMIŞ QALIR

Siyasət Materials 21 Sentyabr 2005 12:15 (UTC +04:00)
PYOTR BURDIKİN: RUSİYANIN AZƏRBAYCANDA YENİ SƏFİRİNİN TƏYİN OLUNMASI PROBLEMİ HƏLL OLUNMAMIŞ QALIR

"Rusiyanın Azərbaycanda yeni səfirinin təyin olunması problemi təəssüf ki, həll olunmayıb və vacib məsələ olaraq qalır. Lakin bu, Azərbaycanla Rusiya arasında əlaqələrin səviyyəsinin dəyişməsi demək deyil". Bu barədə Trend ə eksklüziv müsahibəsində Rusiyanın Bakıdakı işləri üzrə müvəqqəti müvəkkili Pyotr Burdıkin bildirib.

O, diplomatik nümayəndəliyin rəhbərinin seçilməsi ilə bağlı gecikməni "təşkilati bəlalar" adlandırıb.

Diplomat qeyd edib ki, Rusiyanın Bakıdakı səfiri vəzifəsinə nəzərdə tutulan şəxs vəfat edib. Yeni diplomatın namizədliyi isə prezident Vladimir Putin tərəfindən Dövlət Dumasının komitə və komissiyalarına təqdim olunmalı idi.

"Hələ üç ay bundan əvvəl hesab edirdim ki, artıq yeni namizəd məlumdur. Lakin indi bu məndə bir qədər şübhə doğurur. Rusiyanın Azərbaycanda səfirinin təyin olunması isə heç bir siyasi məna kəsb etmir", - deyə P.Burdıkin əlavə edib.

Xəbər lenti

Xəbər lenti