...

AZƏRBAYCAN KOMMUNİSTLƏRİNİN GENNADİ ZÜQANOVLA GÖRÜŞÜ GÖZLƏNİLİR

Siyasət Materials 21 Sentyabr 2005 12:50 (UTC +04:00)

"Bu yaxınlarda Azərbaycan Kommunist Partiyasının (AKP) nümayəndə heyəti Rusiya Kommunist Partiyasının (RKP) rəhbərləri ilə görüşü gözlənilir" Bu barədə Trend ə AKP sədrinin birinci müavini, millət vəkili Rauf Qurbanov bildirib.

AKP nümayəndə heyətinin Rusiyaya səfərinin məqsədini açıqlayan R.Qurbanov bildirib ki, əsas məqsəd Rusiya kommunistləri ilə seçkilərlə bağlı təcrübə mübadiləsi aparmaq olacaq: "Biz digər məsələləri də müzakirə edəcəyik, ölkəmizdəki ictimai-siyasi durum, partiyalar arası əlaqələr də gündəmdə olacaq".

Azərbaycan kommunistlərinin Rusiyaya dəvətin RKP-nin sədri Gennadi Züqanov tərəfindən edildiyini qeyd edən R.Qurbanov onu da bildirib ki, seçki öncəsi işlərinin çox olması ilə əlaqədar görüş təxirə də salına bilər: "Onlar özləri təşəbbüs qaldırıblar ki, Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün Bakıya gəlsinlər".

R.Qurbanov MDB məkanına daxil olan Ukrayna və Belorusiya kommunistlərinin də seçkiləri izləmək üçün Azərbaycana dəvət olunduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti