...

AZƏRBAYCAN KOMMUNİSTLƏRİ MİTİNQLƏRƏ HAZIRLAŞIR

Siyasət Materials 21 Sentyabr 2005 14:16 (UTC +04:00)

"Azərbaycan kommunistləri konstitusiya çərçivəsində mitinqlər keçirəcəklər". Bu barədə Trend agentliyinə Azərbaycan Kommunist Partiyası (AKP) sədrinin birinci müavini, millət vəkili Rauf Qurbanov bildirib.

Millət vəkili qeyd edib ki, kommunistlərin planlaşdırdığı mitinqlərdə bütövlükdə hakimiyyət yox, insanların sosial problemlərinin həllinə laqeyd qalan bəzi məmurlar tənqid ediləcək. Bu mitinqlərin harada və nə vaxt keçiriləcəyi barədə hələ məlumat vermək istəməyən AKP səlahiyyətlisi: "İlkin olaraq regionlardan olan namizədlərimizin seçkiqabağı təbliğatı ilə bağlı açıq havada mitinqlər planlaşdırmışıq", - deyib.

R.Qurbanov onu da qeyd edib ki, bu dəfəki seçkiyə kommunistlər 20 namizədlə qatılıb. Azərbaycan kommunistlərinin digər solçu partiyalarla birgə seçkilərə qatılacaqlarını təkzib edən millət vəkili bildirib: "Biz konstruktiv müxalifətik, nə sollarla, nə sağlarla, nə də sosialistlərlə birləşə bilərik".

AKP-nin seçkilərə Vahid Azərbaycan Kommunist Partiyası (VAKP) ilə birgə getməsi barədə deyilənləri təkzib edən R.Qurbanov deyib: "Biz elə bir partiya tanımadığımızdan və onun sədri Sayad Sayadovu kommunist hesab etmədiyimizdən bir yerdə ola bilmərik".

Xəbər lenti

Xəbər lenti