...

VƏKİLLƏRİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ DAVAM ETDİRİLİB

Siyasət Materials 21 Sentyabr 2005 14:24 (UTC +04:00)

Sentyabrın 21-də Nəsimi rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üç vəkilin fəaliyyətinə xitam verilməsina dair iddiası ilə bağlı məhkəmə iclası davam etdirilib. Trend in məlumatına görə, həmin üç vəkil 12 saylı hüquq məsləhətxanasının vəkilləri Namizəd Səfərov, Lətifə Əliyeva və Hidayət Süleymanovdur.

VK-nın bu vəkillərin fəaliyyətinə xitam verilməsi iddiası ilə bağlı məhkəməyə müraciət etməsinin səbəbi məsləhətxananın sədri Rəşid Bagiyev vəfat edəndən sonra iyulun 11-də 12 saylı hüquq məsləhətxanasında keçirdikləri iclas olub. VK-nın rəhbərliyi həmin iclası qanunsuz, vəkil Lətifə Əliyevanın həmin məsləhətxanaya müvəqqəti müdir təyin edilməsinə dair qərarı isə saxta hesab edib. Buna görə də iclasın təşkilatçıları olan üç vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb.

Məhkəmənin sonuncu iclasında məsləhətxananın 4 vəkili şahid qismində ifadə veriblər. Vəkillər Vaqif Kərimov və Vaqif Məmmədov məhkəmə ifadələrində bildiriblər ki, sözügedən iclasda iştirak etmələrinə baxmayaraq onun nəticələrini saxta hesab edirlər. Lakin digər iki vəkil Mirismayıl Hadi ilə Afət Qazıyeva keçirilmiş iclası qanuni hesab etdiklərini və Lətifə Əliyevanın müvəqqəti sədr seçilməsini dəstəklədiklərini söyləyiblər.

Məhkəmə iclası sentyabrın 4-də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti