...

GƏNCƏDƏ YENİ XARİCİ PEŞƏ TƏLİM MƏRKƏZİ AÇILDI

Siyasət Materials 21 Sentyabr 2005 16:28 (UTC +04:00)

Sentyabrın 21-də Norveç Humanitar Müəssisəsi (NHM) özünün Peşə təlimi ilə məşğul olacaq yeni Mərkəzini təsis edib. Bu münasibətlə təşkil olunan tədbirə Norveç Krallığının ölkəmizdəki səfirliyi, yerli İcra Hakimiyyətinin nümayəndə heyyəti qatılıb. Tədbir həmin dövlətin "Macorstuen" folklor qrupunun səsləndirdiyi müxtəlif musiqilərlə açıq elan edilib.

NHM-dən Trend ə bildirilib ki, açılan yeni Mərkəzə qaçqın icmalarından, internatlardan, uşaq evlərindən, əlillər üçün xüsusi məktəblərdən və digər sahələrdən tələəbələr dəvət ediləcək. Tələbələrin yaş həddi 14-dən 18-dək olacaq. Dərslər həftədə bir neçə dəfə keçiriləcək.

Kurslar xalça toxumaq kimi qədim sənətdən müxtəlif kompüter proqramlarında işləməyə qədər geniş spektri əhatə edəcək. Bu proqram Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Asiya İnkişaf Bankı ilə birlikdə işlənib hazırlanmış "Yoxsulluğun Azalması Və İşsızlıyın Aradan Qaldırılması" və "Regionların sosial iqtisadi İnkişafı"na dair 2003-2005-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti