...

X.FƏTİYEV: UAZ MARKALI AVTOMOBİLLƏRƏ TƏLƏBAT TƏKLİFİ KEÇİR

Siyasət Materials 21 Sentyabr 2005 17:00 (UTC +04:00)
X.FƏTİYEV: UAZ MARKALI AVTOMOBİLLƏRƏ TƏLƏBAT TƏKLİFİ KEÇİR

"Ural avtomobil zavodunun (UAZ) buraxdığı avtomobillərə tələbat hazırda Gəncə avtomobil zavodunda (QAZ) həmin avtomobillərin istehsal miqyasını keçir". Bu barədə Trend ə eksklüziv olaraq QAZ-ın direktoru Xanlar Fətiyev bildirib.

Onun sözlərinə görə, UAZ markalı müxtəlif maşınların yığılması prosesinin başlandığı bir ay ərzində 20 avtomobil yığılaraq satılıb. "Avtomobillər həm dövlət təşkilatlarına, həm də fərdi şəxslərə satılır. Müştərilərimiz arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərenerji SC-də var. Hazırda UAZ-dan bizə 57 maşın dəsti daxil olub, yaxın vaxtlarda daha 115 komplekt göndəriləcək", - deyə o qeyd edib.

Zavod direktorunun sözlərinə görə, ilin sonuna kimi 350-400 avtomobilin buraxılması planlaşdırır. "Lakin onlara tələbatın artması ilə əlaqədar illik istehsalın həcmi planlaşdırıldığından daha çox ola bilər", - deyə X.Fətiyev əlavə edib.

QAZ UAZ markalı avtomobilləri 14 müxtəlif modifikasiyada yığmağı planlaşdırır. QAZ 2005-ci il mayın əvvəlində Ulyanovsk avtomobil zavodu ilə saziş imzalayıb. Bu saziş ilk dəfə "Oka" markalı avtomobillərinin hazırda QAZ-da yığıldığı Kamaz avtomobil zavodu ilə imzalanıb. QAZ eyni zamanda Çinin iki şirkəti ilə də danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti