...

AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASINA YENİ SƏDR SEÇİLİB

Siyasət Materials 21 Sentyabr 2005 17:15 (UTC +04:00)

"Nizami Həsənov (Şirintürk) Azərbaycan Milli Demokrat Partiyasına (AMDP) yeni sədr seçilib" Bu barədə Trend agentliyinə AMDP informasiya mərkəzindən məlumat daxil olub.

Partiyanın sentyabrın 21-də növbədənkənar keçirilən konfransında bəzi məsələrlə yanaşı AMDP-nin dövlət qeydiyyatına alınmamasının başlıca səbəbi İsgəndər Həmidovun tutduğu qeyri-formal mövqeyi ilə əlaqaləndirilib.

Onu da qeyd edək ki, bir neçə gün öncə adıçəkilən partiyaya Məmməd İsmayılov adlı şəxsin rəhbərlik etdiyi bildirilmişdir. Ancaq N.Həsənov konfransdakı çıxışında qeyd edib ki, AMDP-nin yeni seçilmiş sədri onun özüdür. Bunu da onun AMDP-nin sabiq sədri İsgəndər Həmidovun birinci müavini olması ilə əlaqələndirib.

Konfransın sonunda N.Həsənov partiyanın növbədənkənar qurultayına hazırlıqla bağlı məlumat verib.

İsgəndər Həmidovun birinci müavini Oqtay Xəlilli isə bildirib ki, belə təxribatlar onlar üçün gözləniləndir: "Partiya və onun sədri İsgəndər bəy öz yerindədir. Biz sentyabrın 24-ü mitinqinə hazırlaşırıq. Bəzi qüvvələr isə bu mitinqi pozmaqdan ötrü belə planlar üzərində işləyirlər".

O.Xəlilli həqiqətən də N.Həsənovun bir neçə ay bundan öncə AMDP-yə üzv olmaq üçün onlara müraciət etdiyini bildirib: "Bizim onun haqqında məlumatımız var idi. Sözün açığı onun partiyamıza üzv olmasına razı da deyildik. Deyəsən ərizə də yazdı".

Ancaq bir daha N.Həsənovun üzünü görmədiklərini deyən O.Xəlilli onun sədrin birinci müavini olması barədə məlumatları da təkzib edib.

Xəbər lenti

Xəbər lenti