...

"PROGNOZ" MƏRKƏZİ PARLAMENT SEÇKİLƏRİ GÜNÜ EXIT-POLL KEÇİRƏCƏK

Siyasət Materials 22 Sentyabr 2005 17:05 (UTC +04:00)

"PROGNOZ" Müstəqil Sosioloji Araşdırma Mərkəzi (MSAM) noyabrın 6-da Azərbaycanda parlament seçkiləri günü exit-poll keçirmək niyyətindədir. Mərkəzdən Trend ə verilən məlumata görə, exit-poll keçirilərkən mərkəzin mütəxəssisləri tərəfindən dünyanın aparıcı ölkələrinin təcrübəsinin təhlili əsasında hazırlanmış və ölkəmizdəki şəraitə uyğunlaşdırılmış metodika tətbiq olunacaq.

Mərkəzdən bildirildiyinə görə, exit-poll bütün seçki məntəqələrində aparılacaq və seçki məntəqələri bağlandıqdan sonra KİV-ə bütün maraqlı şəxslərə təqdim ediləcək.

"PROGNOZ" 1999-cu ilin aprelində yaradılıb və 1999-cu il mayın 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 685 nömrə ilə rəsmi qeydiyyatdan keçib.

MSAM-ın əsas fəaliyyət istiqamətləri sosioloji və marketinq araşdırmaları, informasiya-analitik və siyasi məsləhətləşmələr aparmaqdan ibarətdir. Mərkəz ictimai rəy sorğuları keçirir, müxtəlif sosial problemlər, hadisələr, siyasi liderləp\r və təşkilatlar KİV materialları və s. ilə bağlı analizlər aparır.

MSAM "PROGNOZ" yarandığı andan etibarən siyasət, iqtisadiyyat, mədəniyyət, KİV və digər sahələr üzrə 300-ə yaxın müxtəlif sosioloji və i marketinq tədqiqatları, eləcə də 50-yə yaxın ümumrespublika layihəsi həyata keçirib. MSAM dövlət strukturları, siyasi partiyalar, beynəlxalq və regional ictimai təşkilatlar, xarici və yerli kommersiya strukturları və digərləri üçün işlər yerinə yetirir.

2003-cü il 15 oktyabr prezident seçkiləri zamanı mərkəz tərəfindən ümumrespublika exit-poll keçirilib ki, onun gedişində Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidində 356 seçki məntəqəsində 5.033 nəfər arasında sorğu aparılıb.

Xəbər lenti

Xəbər lenti