...

MÜSTƏQİL ŞƏKİLDƏ SEÇKİYƏ QATILAN YAP ÜZVLƏRİ PARTİYANIN SİYAHISI ÜZRƏ NAMİZƏDLƏRİN XEYRİNƏ GERİ ÇƏKİLİRLƏR

Siyasət Materials 22 Sentyabr 2005 17:49 (UTC +04:00)

"Müstəqil şəkildə Yeni Azərbaycan Partiyasından (YAP) seçkiyə qatılan namizədlərin eyni seçki dairədən partiyanın vahid siyahısı üzrə olan namizədlərin xeyrinə geri çəkilmələri prosesi digər seçki dairələrində də həyata keçirilə bilər". Bu barədə Trend ə YAP icra katibinin müavini, millət vəkili Bahar Muradova bildirib.

B.Muradova bunu hər bir partiya üzvünün tərəflər arasındakı razılığa hörmətlə yanaşması kimi dəyərləndirib: "Baxmayaraq ki, YAP məlum məsələ ilə bağlı heç bir qərar çıxarmayıb. Sadəcə olaraq müstəqil şəkildə seçkiyə qatılan namizədlərimizin öz güclərini vahid siyahı üzrə olan namizədlərə vermələri seçki mədənimyyətinin bir göstəricisidir".

YAP icra katibinin müavini bu addımın müsbət keyfiyyətləri barədə danışaraq onu da qeyd edib ki, bu həm də səslərin bölünməsinin qarşısını almış olur: "Hər bir namizədimizin seçki dairələrində öz səsləri var. Bu səslərin birləşdirilib bir namizədə verilməsi çox yaxşı haldır".

Qeyd edək ki, bu proses ilk dəfə 74 saylı Lənkəran kənd seçki dairəsində həyata keçirilib. Bu dairədən müstəqil şəkildə namizəd olan iki YAP üzvü partiyanın vahid siyahısı üzrə namizəd olan Hadı Rəcəblinin xeyrinə geri çəkiliblər.

Xəbər lenti

Xəbər lenti