...

BAHAR MURADOVA: "AZADLIQ" QARŞIDURMA YARATMAĞA CƏHD GÖSTƏRİR"

Siyasət Materials 22 Sentyabr 2005 17:54 (UTC +04:00)

"Azadlıq" blokunun Bakı meriyası tərəfindən təklif edilən məlum ünvanda mitinq keçirməkdən imtina etməsi və özünə başqa ünvan seçməsi qarşıdurma yaratmağa xidmət edir". Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Bahar Muradova bildirib.

YAP rəsmisi müxalifəti mitinqlərini paytaxtın digər mərkəz yerlərində keçirməkdə israrlı olmasını qanunları pozması kimi dəyərləndirib: "Onlar özləri bu kimi addımlar atmaqla qarşıdurma yaratmağa cəhd göstərirlər. Təbii ki, hüquq-mühafizə orqanları lazımi hüquqi qaydalar çərçivəsində müxalifətin bu niyyətinin qarşısını alacaq".

B.Muradova onu da qeyd edib ki, müxalifət bir sıra beynəlxalq təşkilatlara arxalınıb belə addımlar atmaq niyyətindədir: "Məlum məsələ ilə bağlı ATƏT-in hakimiyyət orqanları ilə danışıqları da onları arxayınlaşdırıb. Ancaq başa düşmürlər ki, Azərbaycan öz qanunları çərçivəsində hərəkət edir".

"YAP "Qələbə" meydanında mitinq keçirirsə və hakim partiya olmasına baxmayaraq heç bir ünvana iddalı deyilsə, "Azadlıq" niyə görə belə mövqe tutur" deyən B.Muradova onu da bildirib ki, "Azadlıq" heç də YAP qədər meydana insan çıxarmaq iqtidarında deyil. Buna görə də geniş meydan əldə etmək onlar üçün bir bəhanədir.

Xəbər lenti

Xəbər lenti