...

NORVEÇİN SƏFİRİ GƏNCƏ POLİSİNİN ONU ÇAĞIRMASI BARƏDƏ MƏLUMATI TƏKZİB EDİB

Siyasət Materials 22 Sentyabr 2005 18:51 (UTC +04:00)

Norveçin Azərbaycandakı səfiri Steynar Qil Gəncədə tədris mərkəzinin açılışı ərəfəsində baş vermiş insidentdən sonra polisin onu çağırması barədə mətbuatda yayılan məlumatı təkzib edib. Trend in məlumatına əsasən, sentyabrın 22-də keçirilən mətbuat konfransında diplomat bəyan edib ki, o, özü mərkəzin açılışı ilə bağlı baş vermiş insidentdən sonra polis şöbəsinə getməyi qərara alıb.

İnsident sentyabrın 21-də S.Qilin Norveç tədris mərkəzinin açılışında iştirak etmək üçün getdiyi Gəncədə baş verib.Şəhərin Nizami rayon polis şöbəsinin əməkdaşları mərkəzin qapılarını bağlayıb və adamların binaya daxil olmasına imkan verməyib.Səfir baş vermiş hadisənin səbəbinin aydınlaşdırılması üçün polis idarəsinə gedib.Bundan sonra mərkəzin yerləşdiyi yaşayış binasının həyətində simvolik açılış mərasimi keçirilib.

Diplomat bildirib ki, polisin versiyasına əsasən həmin mərkəz öz mənzilini Norveç tərəfinə icarəyə verən Gəncə sakinlərindən birinin xüsusi mənzilində yerləşdirilib.İcarə haqqında müqavilənin müddəti bitib və evin sahibi istəyir ki, mənzili boşaldılsın.Amma S.Qil qeyd edib ki, bütün bunlara baxmayaraq Norveçin səfirliyi mərkəzin açılışına nail olacaq.

Xəbər lenti

Xəbər lenti