...

AZƏRBAYCAN PREZİDENTİ SƏUDİYYƏ ƏRƏBİSTANININ KRAL AİLƏSİNİ TƏBRİK EDİB

Siyasət Materials 22 Sentyabr 2005 20:57 (UTC +04:00)

Sentyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyev iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının kralı Avdullah bin Avduləziz Əl Səuda və Səudiyyə Ərəbistanı krallığının vəliəhdi Sultan bin Avduləziz Əl Səuda ölkənin milli bayramı - Krallıq elan edilməsi münasibətilə təbrik teleqramı göndərib. Azərbaycanın dövlət başçısı onlara can sağlığı, işlərində müvəffəqiyyətlər, dost Səudiyyə Ərəbistanı xalqına isə sülh və əmin-amanlıq arzulayıb.

Trend in məlumatına əsasən, teleqramda həmçinin dövlət başçısı ümid etdiyini bildirir ki, ikitərəfli əlaqələr və əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da ardıcıl səylər göstəriləcək.

Xəbər lenti

Xəbər lenti