...

AZƏRBAYCAN PREZİDENTİ SOFİYAYA YOLA DÜŞÜB

Siyasət Materials 23 Sentyabr 2005 11:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də rəsmi səfərlə Bolqarıstana yola düşüb. Trend in xəbər verdiyi kimi, prezidentin səfər proqramına Bolqarıstan prezidenti Georgi Pırvanovla görüş, danışıqların aparılması, ikitərəfli sənədlərin imzalanması, hər iki dövlət başçısının birgə mətbuat konfransı, Bolqarıstan prezidenti adından rəsmi qəbulda iştirak daxildir.

Görüş zamanı dövlət telekanalları, baytarlıq xidmətləri arasında əməkdaşlığa dair hökumələr və idarələrarası, həmçinin turizm, idman, fitosanitariya sahələrində 10-a yaxın sənəd imzalanacaq. Bundan başqa, ikiqat vergiqoymadan yayınmaya dair sazişin imzalanması da nəzərdə tutulub.

Dövlət başçıları səviyyəsində görüşdə hər iki ölkənin Avropa İttifaqına qoşulması sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanacağı gözlənilir. Həmçinin, ikitərəfli və regional əməkdaşlıq, beynəlxalq əlaqələrə dair məsələlərin müzakirəyə çıxarılacağı planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyətinin iştirakı ilə biznes-forum keçiriləcək . Forumda, əsasən, turizm, o cümlədən, investisiya və inşaat sahəsində məsələlər müzakirə olunacaq.

Səfər sentyabrın 24-də axşam başa çatacaq.

Xəbər lenti

Xəbər lenti