...

NORVEÇ SƏFİRLİYİ GƏNCƏDƏ BAŞ VERMİŞ HADİSƏYƏ AYDINLIQ GƏTİRİB

Siyasət Materials 23 Sentyabr 2005 12:07 (UTC +04:00)

Norveçin Azərbaycandakı səfirliyi Gəncədə tədris mərkəzinin açılması ilə əlaqədar sentyabrın 21-də baş vermiş hadisə ilə bağlı Nizami polis bölməsinin versiyasına düzəlişlər edib. Səfirlikdən Trend ə verilən məlumata görə, səfirliyin təhsil mərkəzi açmaq məqsədilə icarəyə götürdüyü yerin icarə müddətinin bitməsi ilə əlaqədar yer sahibinin onun boşaldılmasını tələb etməsi həqiqətə uyğun deyil.

Diplomatik missiyadan bildiriblər ki, icarə haqqında müqavilənin müddəti bitməyib və ona əsasən, tərəflərdin biri müqaviləyə xitam vermək istəsə, bu barədə qarşı tərəfə 2 ay ərzində xəbər verməlidir. Səfirlik bu vaxta qədər yerin sahibindən belə xəbərdarlıq almayıb.

Xatırladaq ki, insident sentyabrın 21-də Norveçin Azərbaycandakı səfiri Steynar Gilin Norveç tədris mərkəzinin açılışında iştirak etmək üçün Gəncəyə getdiyi zaman baş verib. Nizami rayon polis bölməsinin əməkdaşları mərkəzin qapılarını bağlayaraq adamların ora daxil olmasına imkan verməyiblər. Səfir baş verənlərin səbəbini aydınlaşdırmaq məqsədilə polis idarəsinə baş çəkib və ona bildiriblər ki, icarənin müddəti bitdiyindən yerin sahibi oranın boşaldılmasını istəyir.

Xəbər lenti

Xəbər lenti