...

NORVEÇ SƏFİRİ ŞAMAXIDA SƏFƏRDƏDİR

Siyasət Materials 23 Sentyabr 2005 12:16 (UTC +04:00)

Sentyabrın 23-də Norveçin Azərbaycandakı səfiri Steynar Gil Şamaxıya yola düşüb. Səfirlikdən Trend ə verilən məlumata görə, səfər çərçivəsində səfir rayondakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyətlə tanış olmaq niyyətindədir.

Səfər proqramına Rayon İcra Hakimiyyətinin başçısı Natiq Məmmədov, Yeni Azərbaycan, Müsavat, AXCP kimi siyasi partiyaların rayon bölmələrinin nümayəndələri, o cümlədən, "Azadlıq" blokunun üzvləri ilə görüşlər daxildir.

Görüşlər zamanı diplomat rayonda seçkiqabağı proses, söz azadlığı və demokratiyanın vəziyyəti ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti