...

İQTİSADİ SİYASƏT DAİMİ KOMİSSİYASI 7 QANUN LAYİHƏSİNİ PARLAMENTİN MÜZAKİRƏSİNƏ VERMƏYİ QƏRARA ALIB

Siyasət Materials 23 Sentyabr 2005 13:20 (UTC +04:00)

"Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sentyabrın 23-də keçirdiyi iclasında 7 qanun layihəsi qəbul edilərək parlamentin müzakirəsinə verilib". Trend xəbər verir ki, yalnız iqtisadi siyasət daimi komissiyasının elm və təhsil məsələləri daimi komissiyası ilə birgə hazırladığı "İnşaat fəaliyyəti haqqında" qanun layihəsinin qəbulu növbəti iclaslara saxlanılıb.

İqtisadi siyasət daimi komissiyasının qəbul etdiyi sənədlərə "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası hökuməti arasında texniki əməkdaşlıq haqqında" protokolun təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikasının hökuməti arasında hava əlaqəsi haqqında" sazişin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında sərbəst ticarət haqqında 1997-ci il 10 iyun tarixli sazişə əlavə düzəlişlərin edilməsi haqqında" protokolun təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası bəzi qanunvericilk aktlarına əlavələr edilməsi haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə", "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələrin edilməsi haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun layihələri daxildir.

Xəbər lenti

Xəbər lenti