...

66 XARİCİ VƏTƏNDAŞ NARKOTİKLƏRLƏ BAĞLI CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNUB

Siyasət Materials 23 Sentyabr 2005 13:39 (UTC +04:00)

2005-ci ilin 8 ayı ərzində 66 nəfər xarici ölkə vətəndaşı Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Trend ə narkomaniya və narkotik vasitələrlə mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Onların 32 nəfəri İran, 25-i Gürcüstan, 2-si Əfqanıstan, 5-i Rusiya, 1-i Ukrayna, digər 1 nəfər isə Özbəkistan vətəndaşıdır. Onlardan 10 kq-dan artıq müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

8 ay ərzində Azərbaycanda narkotiklərlə bağlı 1706 cinayət faktı qeydə alınıb. Ayrı-ayrı şəxslərdən 216,3 kq narkotik vasitə və psixotrop maddələr, o cümlədən 15,6 kq heroin, 28,8 kq tiryək, 19 kq-dan artıq həşiş, 144 kq-dan artıq marixuana, 11073 həb, 10 ampula psixotrop dərman preparatları, 8,8 kq anhidrid müsadirə edilib.

Göstərilən dövr ərzində 396 ton yabanı halda bitən və qanunsuz üsullarla yetişdirilən narkotik bitkilər aşkar olunaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti