...

CORC SOROS: AZƏRBAYCAN İNQİLABDAN TAMAMİLƏ VAZ KEÇƏ BİLƏR

Siyasət Materials 23 Sentyabr 2005 14:36 (UTC +04:00)
CORC SOROS: AZƏRBAYCAN İNQİLABDAN TAMAMİLƏ VAZ KEÇƏ BİLƏR

"Açıq Cəmiyyət" İnstitutunun (Open Society Institute) sədri Corc Soros (George Soros) sentyabrın 23-də "The Financial Times" qəzetinə Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bildirib. Trend in xəbər verdiyi kimi, öz məqaləsində məşhur mesenat ölkəni inqilab etmədən əsl demokratik cəmiyyət qurmaq iqtidarında olduğunu göstərmək üçün mövcud imkanlardan istifadə etməyə çağırır.

"İnqilab - fəlakətdir. O, demokratik islahatlar üçün yollar açsa da, heç kimə zəmanət vermir. Gürcüstanda, Ukraynada və Qırğızıstanda xalq üsyanları bu ölkələrdə demokratiyaya doğru böyük addımların atılmasına səbəb olub, lakin sonda siyasətçilər demokratiyanı yenidən qurmaq zərurəti ilə qarşılaşıblar. Bu mənada Gürcüstan müəyyən nailiyyətlər əldə edib, lakin Ukraynada problemlər hələ də qalmaqdadır, Qırğızıstanda isə təhlükəli vəziyyət yaranıb", - deyə məqalədə bildirilir.

C.Sorosun fikrincə, Azərbaycan belə ssenarilərsiz də keçinə bilər. "Zəngin sərvətlərə malik olmasına baxmayaraq, Azərbaycan kasıb ölkədir. Hökumət artıq neft fondunun yaradılması istiqamətində müəyyən addımlar atıb. Bu fond həmin ehtiyatların əhalinin rifahı naminə istifadəsini təmin edərək, xalqının hesabına ciblərini dolduran iri neft liderlərindən şüurlu surətdə uzaqlaşa bilər". Azərbaycan Böyük Britaniya və Dünya Bankının "Mədən sənayelərinin şəffaflığı üzrə təşəbbüsü" (Extractive Industries Transparency Initiative) proqramının həyata keçirildiyi ilk ölkələrdən biridir. Bu proqram hökumət və neft şirkətlərinə öz maliyyə vəsaitlərini yaratmağa imkan verib.

Onun fikrincə, vəziyyəti bir anda düzəltmək qeyri-mümkündür. "Lakin hökumət orqanları bu tapşırıqları yerinə yetirməyə yönəldən işlərə başlamalı və seçkilərdən sonra da bunu davam etdirməlidir. Azərbaycanın vətəndaş cəmiyyəti çoxlu maneələri dəf etməlidir. Ölkədə demokratik islahatların əsasını parlament təşkil etdiyindən vətəndaş cəmiyyətinin strukturları seçicilər arasında maaarifləndirmə işləri aparmalı və onları seçkilərdə iştirak etməyə çağırmalıdır. Artıq Azərbaycanda səsvermədən sonra seçicilərin sorğusu haqqında çox danışılır ki, bu da müsbət nəticə əldə etməkdə onların əhəmiyyətini vurğulayır", - deyə C.Soros hesab edir.

Xəbər lenti

Xəbər lenti