...

JICA –NIN YENİ MÜŞAVİRİ AZƏRBAYCANIN RƏSMİ ŞƏXSLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİR

Siyasət Materials 23 Sentyabr 2005 20:27 (UTC +04:00)

Yaponiya Beynəlxalq əməkdaşlıq Agentliyinin (JICA) Azərbaycanda yeni təyin edilmiş müşaviri cənab Kenuçi Osuqi Azərbaycanın rəsmi həxsləri ilə görüşlər keçirir və gələcək əməkdaşlığın perspektivlərini müzakirə edir.Bu barədə Trend ə Yaponiyanın Azərbaycandakı səfirliyində bildirilib.

JICA-nın müşaviri artıq AR təhsil naziri Misir Mərdanovla görüşüb və onunla təhsil sahəsində birgə layihələrin gerçəkləşdirilməsini müzakirə edib.Agentliyin nümayəndəsi Yaponiya tərəfinin hazırkı əməkdaşlığı genişləndirmək və xüsusilə texniki-peşə təhsilinin inkişafına yönəlmiş yeni layihələrin gerçəkləşdirilməsinə başlamaq niyyətini bildirib.Xatırladaq ki, bu gün Yaponiya hökumətinin ayırdığı qrant hesabına Azərbaycanda təxminən 20 məktəb tikilib.

K.Osuqi 2005-ci ilin avqustunda Azərbaycana təyin edilib.Bu postda o, agentliyin öz missiyasını həmin ayın əvvəlində başa vurmuş keçmiş müşaviri cənab Okazakini əvəz edir.

Xəbər lenti

Xəbər lenti