...

ABŞ-IN DƏSTƏYİ İLƏ AZƏRBAYCANDA RLS-İN TİKİLMƏSİNDƏ MƏQSƏD QAÇAQMALÇILIQ HALLARININ OPERATİV SURƏTDƏ AŞKAR EDİLMƏSİDİR

Siyasət Materials 24 Sentyabr 2005 12:26 (UTC +04:00)
ABŞ-IN DƏSTƏYİ İLƏ AZƏRBAYCANDA RLS-İN TİKİLMƏSİNDƏ MƏQSƏD QAÇAQMALÇILIQ HALLARININ OPERATİV SURƏTDƏ AŞKAR EDİLMƏSİDİR

ABŞ-ın dəstəyi ilə Azərbaycanda radiolokasiya stansiyasının tikilməsi artıq 2 ildir ki, reallaşma mərhələsindədir. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi qaçmalçılıq hallarının operativ surətdə aşkar edilərək aradan qaldırılmasında Azərbaycanın dəniz sərhəd mühafizə xidmətinə köməklik göstərməkdən ibarətdir.

Bu, həmin istiqamətdə yardımçı vasitədir.

Qeyd edək ki, qeyri-dəqiq məlumatlara əsasən, RLS-dən biri Astarada, İranla sərhəddə, ikincisi isə Xızı rayonunda, Böyük Qafqaz sıra dağlarının yamacında tikilməlidir.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu barədə heç bir məlumatın olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti