...

NORVEÇİN AZƏRBAYCANDAKI SƏFİRİ ŞAMAXIDA SEÇKİQABAĞI VƏZİYYƏTİ ÖYRƏNİB

Siyasət Materials 24 Sentyabr 2005 12:55 (UTC +04:00)
NORVEÇİN AZƏRBAYCANDAKI SƏFİRİ ŞAMAXIDA SEÇKİQABAĞI VƏZİYYƏTİ ÖYRƏNİB

Norveçin Azərbaycandakı səfiri Steynar Gil Şamaxıda seçkiqabağı vəziyyətlə tanış olub. Səfirlikdən Trend ə verilən məlumata görə, Şamaxıya səfəri zamanı səfir "Azadlıq" blokunun tərkibinə daxil olan siyasi partiyaların rayon bölmələrinin nümayəndələri ilə görüşüb.

Görüş çərçivəsində rayonda ictimai-siyasi vəziyyət, namizədlərin təşviqat kampaniyası zamanı söz azadlığı və demokratiyanın təmin olunmasına dair fikir mübadiləsi aparılıb.

Səfir, həmçinin, rayon icra hakimiyyətinin başçısı Natiq Məmmədov və "Yeni Azərbaycan" partiyasının rayon bölməsinin rəhbərliyi ilə də görüşməyi planlaşdırırdı. Lakin onun və icra başçısının cədvəlindəki dəyişikliklərlə əlaqədar görüş başqa vaxta keçirilib.

Xəbər lenti

Xəbər lenti