...

ƏLİ KƏRİMLİ: "TƏKLİFLƏRİMİZƏ RAZILIQ VERİLMƏSƏ, "AZADLIQ" BLOKU HƏR HƏFTƏ MİTİNQ KEÇİRƏCƏK"

Siyasət Materials 25 Sentyabr 2005 18:50 (UTC +04:00)

Sentyabrın 25-də "Azadlıq" blokunun həmsədri, AXCP sədri Əli Kərimli blokun icazəsiz aksiyasından sonra KİV üçün mətbuat konfransı keçirilb. Trend in məlumatına əsasən, Ə. Kərimli ABŞ səfiri R.Harnişlə həmin gün telefon söhbəti etdiyini bildirib. Səfir R.Harniş kütləvi aksiyalarda baş verə biləcək zorakılıqlara görə narahat oduğunu deyib, eyni zamanda Ə.Kərimli isə müxalifətçilərin heç bir zorakılığa tərəfdar olmadığını səfirin diqqətinə çatdırıb. Ə.Kərimlinin sözlərinə görə, onunla telefon söhbətindən sonra R.Harniş Prezidentin İcra Aparatının (PİA) rəhbəri Ramiz Mehdiyevlə danışıqlar aparıb, onun diqqətinə çatdırıb ki, aksiyalarda qarşıdurmalara yol verilməməsi üçün iqtidarla müxalifət arasında danışıqlar aparılmalıdır.Ə.Kərimlinin sözlərinə görə, bundan çonra R.Mehdiyevin tapşırığı ilə PİA-nın nümayəndəsi Əli Həsənov AXCP sədr müavini F.Müstafayevə telefon açıb və dialoqa hazır olduqlarını bildirib. Ə.Kərimli "Azadlıq" blokunun sentyabrın 25-də keçirilən aksiyası və iqtidarla müxalifət arasındakı görüş haqqında KİV nümayəndələrinə məlumat verib. Onun sözlərinə görə, aksiya zamanı 100-dən çox müxalifətçi həbs olunub, həmçinin döyülüb. Deputatlıq toxunulmazlığına baxmayaraq "Azadlıq" blokunun bir neçə namizədi polis tərəfindən saxlanılıb. Həmçinin Nizami kinoteatrı qarşısında Müsavat başqanı İ.Qəmbərin avtomobilinə polislər tərəfindən hücum olunub və avtomobilə xəsarət yetirilib.AXCP sədrinin müavini Həsən Kərimova isə ağır fiziki xəsarətlər yetirilib.

Ə.Kərimli birldirib ki, "Azadlıq" blokunun təklif etdiyi marşrutlarda mitinq keçirməyə icazə verilməsə, blok hər həftə şəhərin mərkəzi yerlərində mitinqlər keçirəcək. Onun sözlərinə görə, oktyabrın 1, 2, və 3-də isə Qazax, Tovuz, Goranboy, Ağstafa, Şəmkir, Gədəbəy,Gəncə və digər şəhər və rayonlarda növbə ilə mitinqlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti