...

SEÇKİ İLƏ ƏLAQƏDAR OKTYABRDA AZƏRBAYCANA AVROPA ŞURASININ NÜMAYƏNDƏ HEYƏTİ GƏLƏCƏK

Siyasət Materials 26 Sentyabr 2005 13:23 (UTC +04:00)

Noyabrın 6-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar oktyabrda Avropa Şurasından nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

O bildirib ki, seçkilərlə əlaqədar müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə hər gün görüşlər keçirilir. Bu zaman ayrı-ayrı beynəlxalq təşkilatların, müxtəlif xarici ölkələrin nümayəndələrinin ölkəmizə səfərləri barədə də müzakirələr aparılır.

R.Qasımovun açıqlamasına görə, Avropa Şurasından gələn nümayəndə heyətinin tərkibində bu beynəlxalq qurumun nüfuzlu şəxsləri olacaqlar.

MSK rəsmisi Avropa Şurasının baş katibi Terri Devisin də gəlib-gəlməyəcəyi barədə isə açıqlama verməyib.

O, Avropa Şurasının nümayəndə heyətinin səfəri barədə kütləvi informasiya vasitələrinə oktyabrın əvvəllərində geniş məlumat veriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti