...

DEPUTATLIĞA NAMİZƏDLƏR ARASINDA MƏHKUMLUĞU OLANLARIN SAYI 33 NƏFƏRDİR

Siyasət Materials 26 Sentyabr 2005 14:16 (UTC +04:00)

Deputatlığa namizədlər arasında üzərində məhkumluğu olanların sayı 33 nəfərdir. Bu barədə Trend ə MSK katibi Vidadi Mahmudlu məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (MSK) Mərkəzi Seçki Komissiyasının (MSK) müvafiq sorğusuna göndərilmiş cavabda göstərilib. V.Mahmudlu həmin namizədlərin adlarının açıqlanmasını hələlik məqsədəuyğun hesab etmir.

MSK katibi onu da bildirib ki, MSK həmin siyahının araşdırılması ilə məşğuldur və bununla bağlı yaxın günlərdə yerli məhkəmələrə də müvafiq sorğular göndərəcək.

Qeyd edək ki, MSK-nın müvafiq qurumlara ünvanladığı müraciətlərə səbəb seçkilərə namizəd kimi qatılmış şəxslərin içərisində ağır və xüsusilə ağır cinayətlər törətmiş və məhkum olmuş, həmçinin, məhkumluğu götürülməmiş şəxslərin olub-olmamasını müəyyənləşdirməkdir.

Xəbər lenti

Xəbər lenti