...

GAZ-DAN DÖILƏT BÜDCƏSİNƏ 1 MILYARD MANAT IƏSAİT DAXIL OLUB

Siyasət Materials 26 Sentyabr 2005 20:12 (UTC +04:00)

İndiyədək Gəncə Avtomobil Zavodunda 400 OKA avtomobili yığılıb, satılıb. Məlumat müəssisədən bildirilib. Son vaxtlar aparılan danışıqlar nəticəsində Müəssisədə bundan sonra paralel olaraq 5 formada (minik, sərnişin, yük və tibbi xidmət həyata keçirən) UAZ markalı avtomobillər də yığılacaq. Hazırda dağ rayonlarının tələbatı nəzərə alınaraq "Simbir", "Patriot" UAZ-larının hazırlanması prosesi gedir. Əgər OKA maşınları eksperiment sexlərində yığılırdısa, yeni avtomobillər bir başa GAZ-ın özündə yığılır.Hazır olan Yeni avtomobillərdən artıq 10-nu yerli sahibkarlar tərəfindən satın alınıb.

Çin Respublikasının müvafiq müəssisəsi ilə oktyabrda aparılacaq son danışıqlardan sonra GAZ-da ehtiyat hissələrinin hazırlanması da nəzərdə tutulub. Bu məqsədlə 17 dəzgah istehsal üçün hazırlanır.

Xəbər lenti

Xəbər lenti