...

AMERİKANIN "PA" ŞİRKƏTİ TƏRƏFİNDƏN KEÇİRİLƏCƏK "EXIT-POLL"-A HAZIRLIQ MƏRHƏLƏSİ BAŞLAYIB

Siyasət Materials 26 Sentyabr 2005 20:29 (UTC +04:00)

ABŞ hökumətinin layihəsi üzrə Azərbaycanda parlament seçkiləri ərəfəsində "exit-poll" keçirilməsinə hazırlıq mərhələsi başlayıb. Trend in məlumatına əsasən, bu barədə ABŞ-nın Bakıdakı səfirliyi bildirir.

Bu iş beynəlxalq və yerli ekspertlər qrupundan ibarət "PA" konsaltinq şirkəti tərəfindən aparılır.Layihənin gerçəkləşdirilməsinin məqsədlərindən biri gələcəkdə ölkədə müstəqil "exit-pool" keçirilməsi üçün yerli komanda üzvlərinin təlimidir.

Artıq dairə və sahə seçki komissiyalarının təsadüfi seçmə üsulunun müəyyən edilməsi prosesi başlayıb ki, buna müvafiq olaraq STSS kompyuter proqramı ilə "exit-pool"-a daxil ediləcək.Yaxın vaxtlarda sorğu keçirənlərin cəlb edilməsinə də başlanılacaq ki, onlar da "exit-poll"-da işləyəcək. Əlaqələndirici-supervayzerlərin seçimi isə artıq aparılır.Namizədlərin seçimi peşəkarlığa, təhsil səviyyəsinə və belə layihələrdə iş təcrübəsinə əsaslanır.

Xəbər lenti

Xəbər lenti