...

AXCP SƏDRİ ATƏT-İN MÜŞAHİDƏ MİSSİYASININ RƏHBƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 26 Sentyabr 2005 20:37 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli sentyabrın 25-də ATƏT-in müşahidə missiyasının başçısı səfir Hert Henrix Arenslə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib. Görüşdə seçkiqabağı durum müzakirə mövzusu olub, əsas diqqət "Azadlıq" blokunun 25 sentyabr aksiyasının nəticələrinə yönəldilib. AXCP sədri aksiya zamanı həbs olunan, xəsarət alan müxalifətçilər barədə məlumat verib. Səfir H.H.Arens isə iqtidar-müxalifət dialoqunun gedişi ilə maraqlanıb. Tərəflər həm Bakıda, həm Naxçıvanda, həm də ölkənin digər regionlarında vətəndaşların sərbəst toplaşmaq azadlığı, televiziyalarda seçki kampaniyası, seçki prosesinin gedişində baş verən qanunsuz hallar barədə fikirlərini bildirib.

Xəbər lenti

Xəbər lenti