...

PARLAMENTİN AQRAR SİYASƏT KOMİSSİYASI İKİ QANUN LAYİHƏSİNİ QƏBUL EDİB

Siyasət Materials 27 Sentyabr 2005 13:46 (UTC +04:00)

"Milli Məclisin aqrar-siyasət daimi komissiyasının sentyabrın 27-də keçirilən iclasında iki qanun layihəsi qəbul edilib". Trend xəbər verir ki, komissiyanın sədri millət vəkili Eldar İbrahimov çıxış etdikdən sonra hər iki layihə komissiyanın üzvləri arasında müzakirə olunub.

Qısa müzakirələrdən sonra Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi və Azərbaycan Respublikası hökuməti ilə Moldova Respublikası hökuməti arasında baytarlıq sanitariya konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi qəbul edilərək parlamentin iclasına çıxarılıb.

Xəbər lenti

Xəbər lenti