...

ELDAR İBRAHİMOV: "MÜXALİFƏT ERMƏNİLƏRDƏN HAKİMİYYƏTƏ GƏLMƏKDƏN ÖTRÜ KÖMƏK DİLƏYİB"

Siyasət Materials 27 Sentyabr 2005 14:01 (UTC +04:00)

"Müxalifət ermənilərə deyib ki, hakimiyyətə gələndən sonra onlara Qarabağ lazım deyil, bir Bakı bəsdir ki, paytaxta qədər bütün torpaqları sizə verəcəyik. Təki hakimiyyətə gəlmək üçün bizə kömək edin". Bu barədə Trend ə parlamentin aqrar-siyasət daimi komissiyasının sədri, millət vəkili Eldar İbrahimov bildirib.

E.İbrahmov onu da bildirib ki, bu fikri ona beynəlxalq təşkilatların nümayəndələri deyiblər: "Ermənilərlə belə separat danışıqlara gedən müxalifətə Azərbaycanda yer varmı? İqtidar 12 ildir ki, müxalifəti düz yola çəkə bilmir. Müxalifət destruktiv mövqeyindən əl çəkmək istəmir, qarşıdırma yaratmağa meyllənib".

Millət vəkili beynəlxalq təşkilatlardan və bir sıra xarici dövlətlərdən maliyyələşən Azərbaycan müxalifətini qarşıdurma yaratmağa xidmət etdiyini də qeyd edib: "Müxalifətə mitinq keçirmək üçün müvafiq yer təklif olunduğu halda onların başqa ünvanlara iddialı olmaları qarşıdurmadan xəbər vermirmi?".

E.İbrahimov onu da qeyd edib ki, bütün dünyanı gəzsən belə bizim müxalifət kimi destruktiv mövqedən çıxış edən qüvvə tapmaq olmaz.

Xəbər lenti

Xəbər lenti