...

RÜFƏT AĞALAROV: "AZƏRBAYCAN MÜXALİFƏTİ İDARƏ OLUNUR"

Siyasət Materials 27 Sentyabr 2005 14:05 (UTC +04:00)

"Azərbaycan müxalifəti həm iqtidarın bəzi qüvvələri, həm də xarici dövlətlər tərəfindən idarə olunur". Trend xəbər verir ki, bu barədə millət vəkili Rüfət Ağalarov bildirib.

R.Ağalarov "Azadlıq" blokunun sentyabrın 25-də "Cəfər Cabbarlı" meydanında keçirmək istədiyi mitinqi pisləyərək bunu dövlətçiliyə qarşı atılan addım kimi qiymətləndirib: "Müxalifət kənardan aldığı qrantları silmək üçün belə mövqedən çıxış etmək məcburiyyətində qalıb. ABŞ dövlətinə böyük hörmətimiz var. Amma bu dövlətin Azərbaycandakı səfirinin tapşırığı ilə mitinqi dayandıran müxalifəti başa düşmək o qədər də çətin deyil".

Millət vəkili onu da qeyd edib ki, əgər sabah seçkilər saxtalaşdırıldığı təqdirdə ABŞ səfiri R.Harniş müxalifətə desə ki, seçkilərin demokratik keçirildiyi barədə bəyanat versinlər, bunu edəcəklər: "Şəxsən mən müxalifətə belə ssenarilərə son qoymasını təklif edirəm".

Xəbər lenti

Xəbər lenti