...

"İSLAHAT" BLOKU MİTİNQ KEÇİRMƏK FİKRİNDƏN DAŞINIB

Siyasət Materials 27 Sentyabr 2005 14:39 (UTC +04:00)

"Biz sentyabrın sonunda "Qələbə" meydanında nəzərdə tutduğumuz mitinqləri keçirmək fikirindən daşınmışıq". Bu barədə Trend agentliyinə "İslahat" seçki blokunun təsisçilərindən olan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə bunu "Azadlıq" blokunun son günlər destruktiv mövqedən çıxış etməsi ilə əlaqələndirib: "Biz isətmirik ki, mitinqlər keçirməklə onları bir növ "ruhlandıraq". Ona görə də blokun təsisçiləri qərara alıb ki, mitinq keçirmək fikrindən daşınaq. Ümumiyyətlə, seçki öncəsi mitinqlərin keçirilməsinin əleyhinəyik. Görsəydik ki, "Azadlıq" öz mitinqlərini sırf seçkilərin şəffaflığını təmin etmək məqsədilə keçirir bunu alqışlardıq, fikrimizdən də daşınmazdıq. Ancaq onlar başqa məqsədə xidmət edirlər".

"İslahat" blokunun nümayəndəsi hətta Əlibayramlı, Sumqayıt və Gəncədə nəzərdə tutduqları aksiyaların da təxirə salınmaq barədə blok tərəfindən qərar çıxarıldığını qeyd edib: "Belə qərara gəlmişik ki, seçki təbliğatımızı "qapıdan-qapıya" prinsipi üzərində quraq".

Xəbər lenti

Xəbər lenti