...

AZƏRBAYCAN PREZİDENTİ BMT-NİN BEYNƏLXALQ KONFRANS İŞTİRAKÇILARINA MƏKTUB GÖNDƏRİB

Siyasət Materials 27 Sentyabr 2005 15:09 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də "İqtisadi keçid dövrünə malik dövlətlərdə minilliyin inkişafı məqsədlərinin əldə olunmasında BMT rəqabət siyasətinin rolu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu göndərib.

Trend bildirir ki, məktubda yoxsulluğun bəşəriyyət qarşısında dayanan qlobal problemlərdən biri olduğu və Azərbaycanda da digər iqtisadi keçid dövrünə malik olan dövlətlər kimi həyat şəraiti səviyyəsinin yüksəldilməsi və yoxsulluq səviyyəsinin azaldılması məqsədilə birgə səylərin yönəldilməsi qeyd olunur.Sosial-iqtisadi inkişafın sürətləndirilməsi üzrə planlı işlər aparılır.

Rəsmi Bakının 2000-ci ildə Nyu-Yorkda BMT-nin sammitində təsdiq olunmuş Minilliyin İnkişafı Məqsədləri-nə qoşulduğu xatırladılır.

"Mən hesab edirəm ki, BMT-nin ticarət və inkişaf Konfransının təşkil etdiyi hazırkı forumda rəqabətin inkişafı, inhisar fəaliyyətinin tənzimlənməsi və istehlakçıların hüquqlarının mühafizəsi kimi ən mühüm problemlər üzrə qiymətli məruzələr müzakirə ediləcək və hazırlanacaq.

Əminəm ki, Tədbirin nəticələri yoxsulluqla mübarizə işinə ən böyük töhfə verəcək"-deyə Azərbaycan prezidentinin məktubunda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti